İdman
Bakıdan sonra bu yarışda da qələbə qazandı: Ferstappenin karyerasında ilk

Formula-1 pilotu Maks Ferstappen GT3 yarışında ilk qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, o, Nürburqrinq Nordşlayfə trekində keçirilən yarışda finişə birinci çatıb.
Niderlandlı sürücü “Ferrari 293 GT3”-ü idarə edib və start xəttinə üçüncü yerdən çıxmasına baxmayaraq dərhal liderliyi ələ alıb. Daha sonra o, estafeti Kris Lulqema ötürüb və bu anadək rəqiblərini təxminən bir dəqiqə qabaqlayırdı.
Britaniyalı pilot üstünlüyü qoruyaraq yarışı ikinci yer sahibindən 24 saniyə fərqlə öndə başa vurub.
Xatırladaq ki, ilk məşqlərində Ferstappen trekdə rekord nəticə göstərmişdi — 7 dəqiqə 45 saniyə. Bu, onun may ayında Nürburqrinqdəki qeyri-rəsmi testlərdə imza atdığı əvvəlki göstəricidən (7:48) 3 saniyə yaxşıdır. Həmin vaxt 27 yaşlı niderlandlı “Frants Herman” təxəllüsü ilə çıxış edərək GT3 avtomobilləri üçün rekord müəyyənləşdirmişdi.
Qeyd edək ki, Maks Ferstappen ötən həftə Formula-1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olmuşdu.

-
Dünya01:40
Xarkov yaxınlığında NATO-nun 9 zabiti həlak oldu
-
Rəsmi xronika28 Sentyabr 22:22
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Foto/Video/Yeniləndi
-
Nida Xəbər 28 Sentyabr 21:27
Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi
-
Region28 Sentyabr 21:13
Türkiyədə yenə zəlzələ oldu
-
Dünya28 Sentyabr 20:12
Partlayışlar oldu, Kiyev işıqsız qaldı
-
Dünya28 Sentyabr 19:24
Maskdan Durovun "Telegram"la bağlı etirafına REAKSİYA
-
Digər28 Sentyabr 14:30
iPhone 17-ni kölələr yığırmış: Dəhşətli faktlar üzə çıxdı
-
Digər28 Sentyabr 13:11
Trampın qızı mini ətəklə fiqurasını nümayiş etdirdi - FOTO