İdman
56 illik rekord təkrarlandı və ilk yaşandı

İngiltərə Premyer Liqasının 6-cı turunda “Kristal Pelas” “Liverpul”a 2:1 hesabı ilə qalib gəlib və bütün turnirlərdəki məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdıraraq klub rekordunu təkrarlayıb.
Publika.az xəbər verir ki, sonuncu dəfə “Kristal Pelas” 1969-cu il fevralın 22-dən avqustun 13-dək ardıcıl 18 oyun uduzmamışdı.
London klubu tarixində ilk dəfə olaraq İngiltərə çempionatına altı tur ərzində məğlubiyyətsiz start verib. Bundan əlavə, “Kristal Pelas” Premyer Liqada da 12 oyundur uduzmur. Bu seriya ötən mövsümdən davam edir.
Hazırda Oliver Qlasnerin komandası 12 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Növbəti turda komanda səfərdə “Everton”la qarşılaşacaq.

-
Nida Xəbər 21:27
Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi
-
Region21:13
Türkiyədə yenə zəlzələ oldu
-
Dünya20:12
Partlayışlar oldu, Kiyev işıqsız qaldı
-
Rəsmi xronika20:00
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Foto/Video/Yeniləndi
-
Dünya19:24
Maskdan Durovun "Telegram"la bağlı etirafına REAKSİYA
-
Digər14:30
iPhone 17-ni kölələr yığırmış: Dəhşətli faktlar üzə çıxdı
-
Digər13:11
Trampın qızı mini ətəklə fiqurasını nümayiş etdirdi - FOTO
-
Dünya11:27
“El Vitor” festivalından heyrətamiz FOTOLAR