İdman
Viktoriya Bekhem gəlini ilə münaqişədən yorulub: Oğlunun qayıdacağına inanır

Devid və Viktoriya Bekhemlər oğlanları Bruklin və onun həyat yoldaşı Nikola Peltslə uzun müddətdir davam edən gərginlikdən yorulub.
Publika.az xəbər verir ki, hazırda məşhur cültük 26 yaşlı oğulları ilə münasibətlərdə çətin dövr yaşayırlar.
İnsayderlərin məlumatına görə, "Netflix" üçün hazırlanan sənədli serial üzərində iş Viktoriya üçün vəziyyətə başqa prizmadan baxmaq imkanı yaradıb. Çəkilişlər onun üçün azadlaşdırıcı bir təcrübə olub, ailəsinin sevgi və dəstəyini hiss etdirib və ona bir gün Bruklinin ailəsinə qayıdacağına inanmağa kömək edib.
Mənbələr qeyd edir ki, şounun hazırlanması emosional baxımdan ağır proses olub: “Bu, əsl emosional idi, çünki diqqət mərkəzində yenə də Bruklinlə münasibətlərdəki gərginlik qalırdı. Amma Viktoriya başa düşdü ki, bu ağrını sonsuzadək təkrarlamaq olmaz. Yetər, artıq nöqtə qoymaq vaxtıdır”.
Serialın ilk treylerində hətta balaca Bruklinin görüntüsü də yer alıb. Bir çoxları bunu Viktoriya tərəfindən oğluna uzadılmış “zeytun budağı” kimi qiymətləndirib.
İnsayderlərin sözlərinə görə, Viktoriya övladının geri dönəcəyinə inanır: “Bir gün o dönəcək, amma indi doğru zaman deyil. Bu layihə ona ailəsinin və yaxınlarının dəstəyinə sahib olduğu üçün nə qədər şanslı olduğunu dərk etdirdi”.
O, hələ də oğluyla münasibətlərin bərpasına ümid edir, amma artıq eyni mübarizəni davam etdirməyə hazır deyil.
Bruklin isə həyat yoldaşına dəstəyini davamlı olaraq vurğulayır. O, "Daily Mail"-ə açıqlamasında deyib: “Həmişə mənfi danışacaq insanlar olacaq, amma mənim çox böyük dəstək göstərən həyat yoldaşım var. Biz sadəcə öz həyatımızı yaşayırıq, başımızı aşağı salıb işləyirik. Və biz xoşbəxtik”.

-
İdman17:40
"Fənərbağça"nın ulduzu bu gözəllə münasibətini təsdiqlədi - FOTOLAR
-
Sosial17:18
Mehriban Əliyevadan Cabir İmanovla bağlı paylaşım
-
Sosial17:08
Əhaliyə xəbərdarlıq: Növbəti üç gündə...
-
Sosial16:25
Gedişhaqqının artırıldığı marşrutların - SİYAHISI
-
Sosial16:00
Cabir İmanov məşq zamanı vəfat etməyib - Şahid danışdı
-
Sosial15:00
Cabir İmanovun ölümü anbaan lentə alınıb: Hadisə belə baş verib
-
Hadisə14:22
Cabir İmanov vəfat etdi - VİDEO
-
Sosial13:40
Əli Əsədov qərar imzaladı