Neymar üçün mövsüm bitdi
Bizi izləyin

İdman

Neymar üçün mövsüm bitdi

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar bud əzələlərindəki zədə səbəbindən noyabrın sonuna qədər oynaya bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə klub prezidenti Marselo Teyşeyra məlumat verib.

Onun sözlərinə görə, Neymar təxminən dekabrın əvvəlində, Braziliyada mövsümün müntəzəm çempionatı başa çatarkən sıraya qayıdacaq. Qeyd olunur ki, hücumçu ümumilikdə təxminən altı həftə meydandan kənarda qalacaq.

2025-ci ildə Neymar iki dəfə budun arxa səthindən zədə alıb.

Qeyd edək ki, ulduz futbolçunun klubla qüvvədə olan müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm