İdman
III MDB Oyunları: taekvondoçularımız ilk gündə 3 qızıl medal əldə etdilər

Azərbaycanın daha iki taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb.
Publika.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın finalında Azərbaycanın qız taekvondoçuları Humay Dadaşova (46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq, özbəkistanlı Valeriya Xeqay və rusiyalı Əzizə Hüseynovaya 2:1 hesabı ilə qalib gəliblər.
Finalda məğlub olan Ümid Rəhimzadə (54 kiloqram) və Elcan Əliyev (74 kiloqram) ikinci yeri tutublar. Mübarizəni yarımfinalda dayandıran Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Daha əvvəl Ziya Həsənli (63 kiloqram) qızıl medala sahib çıxmışdı.
***
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) birinci yeri tutub.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakinyı məğlub edib.
Qeyd edək ki, bundan əvvəl samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb. O, finalda özbəkistanlı Gamzat Maksetbayevi məğlub edib. Bu, Azərbaycanın turnirdə ilk qızıl medalı olub.



-
ABŞ19:50
Ağ Evdə Trampla Netanyahu arasında görüş başladı
-
Ekologiya19:40
Oktyabrın 2-dək... - Əhaliyə XƏBƏRDARLIQ
-
Nəqliyyat18:30
Bakıda 12 istiqamətdə tıxac var - SİYAHI
-
İdman17:40
"Fənərbağça"nın ulduzu bu gözəllə münasibətini təsdiqlədi - FOTOLAR
-
Sosial17:18
Mehriban Əliyevadan Cabir İmanovla bağlı paylaşım
-
Sosial17:08
Əhaliyə xəbərdarlıq: Növbəti üç gündə...
-
Sosial16:25
Gedişhaqqının artırıldığı marşrutların - SİYAHISI
-
Sosial16:00
Cabir İmanov məşq zamanı vəfat etməyib - Şahid danışdı