Bu klub məhkəməyə üz tutdu: Vinisiusla bağlı filmdəki təhqirlərə görə
Bizi izləyin

İdman

Bu klub məhkəməyə üz tutdu: Vinisiusla bağlı filmdəki təhqirlərə görə

"Valensiya" klubu "Real"ın vingeri Vinisius Junior haqqında çəkilmiş "Rəqs et, Vini" adlı filmdə təhqir edildiyi üçün "Netflix"-ə qarşı iddia qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, "yarasalar" "Netflix"-ə filmdəki subtitrlərin dəyişdirilməsi ilə bağlı müraciət edib. Lakin platforma buna reaksiya verməyib. Söhbət 2023-cü ildə "Mestalya" stadionunda baş tutan "Valensiya" – "Real" oyunundan gedir. Həmin epizodda azarkeşlərin Vinisiusa ünvanladığı sözlər göstərilir.

"Netflix" subtitrlərdə azarkeşlərin braziliyalıya "meymun" dediyini yazıb. Halbuki videoda onların "axmaq, səfeh" sözlərini səsləndirdiyi aydın eşidilir.

Bundan əlavə, filmdə "Valensiya"nın həmin qarşılaşmada iştirak edən azarkeşlərə qarşı intizam tədbirləri gördüyü qeyd olunmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm