İdman
"Barselona"nın sabiq prezidenti məhkəməyə çağırıldı - Görün nədə ittiham olunur
.webp?v1759216829)
Barselona məhkəməsi klubun sabiq prezidenti Xosep Bartomeunu ifadə verməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.
O, transferlər zamanı çoxmilyonluq komissiyaların ödənilməsi işi üzrə ittiham olunan qismində məhkəməyə dəvət olunub.
İstintaq hazırkı prezident Xuan Laportanın şikayətindən sonra başlayıb. Laporta sələfini transferlərdə çoxmilyonluq komissiyalar ödəməkdə və bir sıra qanunsuz əməliyyatlarda ittiham edib. Klubun zərəri 30 milyon avro olaraq qiymətləndirilir.
İşdə adı hallananlardan biri 2018-ci ilin yayında “Bordo”dan alınan, sonradan “Zenit”ə satılan Malkomun transferidir. Həmin keçid üçün müqavilə üzrə 10 milyon avro komissiya ödənildiyi bildirilir.
Laporta həmçinin Antuan Qrizmannın “Atletiko”dan keçidi zamanı 15 milyon avronun qanunsuz ödənişini də qeyd edib. O hesab edir ki, bu məbləğ “matrasçılar”ın, danışıqların oyunçunun “Atletiko” ilə müqaviləsi qüvvədə ikən aparıldığına dair sübutları məhkəməyə təqdim etməməsi üçün ödənilib.
Heybət

-
Ekologiya11:20
Təhlükəli "üzük"lər, hanniballar və... - Qədim gölün SİRR DÜNYASI
-
Qoroskop10:20
Pula pul deməyəcəklər: Bu bürclər oktyabr ayında zəngin olacaqlar
-
Köşə09:20
İzlədim: Cabir Ölümü əsalətlə ifa etdi, möhtəşəm idi...
-
Dünya09:13
Ruslar ABŞ-ın da zayını çıxarıblar: Gəldilər, özləri ilə söyüş gətirdilər
-
Ekologiya09:00
FHN-dən əhaliyə hava ilə bağlı xəbərdarlıq
-
Magazin206:46
Məşhur müğənni və qızı koronavirusa yoluxdu
-
İdman04:30
Messi Yamala səs verib, Ronaldo isə…
-
Qoroskop02:18
Günün ulduz falı: Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər