ÇL-də 2-ci tur həyəcanı: "Qalatasaray" "Liverpul"a qarşı
Bizi izləyin

İdman

ÇL-də 2-ci tur həyəcanı: "Qalatasaray" "Liverpul"a qarşı

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, turun görüşləri 2 günü əhatə edəcək. Sentyabrın son günündə 9 qarşılaşma baş tutacaq.

"Real" Qazaxıstan səfərində "Kayrat"ın qonağı olacaq. Paralel olaraq "Atalanta" "Brügge"ni sınağa çəkəcək. Bu görüşlər saat 20:45-də başlayacaq.

Türkiyə təmsilçisi "Qalatasaray" "Qarabağ"ın da rəqibi olan İngiltərə nəhəngi "Liverpul"u qəbul edəcək. Ağdam təmsilçisinin 7-ci turda qarşılaşacağı "Ayntraxt" "Atletiko"nun qonağı olacaq.

Digər 9 qarşılaşma oktyabrın 1-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 2-ci tur
30 sentyabr
20:45 Atalanta - Brügge
20.45 Kayrat - Real
23.00 Atletiko - Ayntraxt Frankfurt
23.00 Bodo-Qlimt - Tottenhem
23.00 Çelsi - Benfika
23:00 Qalatasaray - Liverpul
23.00 İnter - Slaviya Praqa
23:00 Marsel - Ayaks
23.00 Pafos - Bayern

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm