“Real” Almatıda nəhəng oteli bron edib: Görün nə qədər pul ödəyiblər
Bizi izləyin

İdman

“Real” Almatıda nəhəng oteli bron edib: Görün nə qədər pul ödəyiblər

"Real" Qazaxıstanın "Kayrat" klubu ilə Çempionlar Liqası matçına hazırlaşmaq üçün ciddi tədbirlər görüb.

Publika.az xəbər verir ki, “kral klubu” üç gün ərzində Almatıda bütöv bir otel bron edib. “SHOT”un məlumatına görə, klub rəhbərliyi sentyabrın 28-dən oktyabrın 1-dək bütün 277 otel nömrəsini bron etmək üçün təxminən 510 min dollar ödəyib.

Bu müddət ərzində orta gecəlik tarif standart otaq üçün 375 dollar, suite üçün isə 560 dollar olub. Oteldə oyunçular və işçilər də daxil olmaqla 40 nəfərdən çox “Real”ın nümayəndə heyəti yerləşib.

Lakin bu fövqəladə tədbirlər belə oyunçulara lazımi dinclik və sakitliyi təmin edə bilməyib. Çoxsaylı azarkeşlər sevimli komandalarını dəstəkləmək üçün otelin qarşısında toplaşaraq, oyunçuları kənar səs-küydən təcrid etmək üçün yaradılan bütün səyləri puç ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm