Renat Dadaşov da heyətdən kənarda qaldı
Bizi izləyin

İdman

Renat Dadaşov da heyətdən kənarda qaldı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında önəmli açıqlamalar verib.

Publika.az xəbər verir ki, A.Abbasov üç futbolçunun "23-lük"dən kənarda qalacağını bildirib:

"İsmayıl İbrahimli və Ceyhun Nuriyev Fransa ilə matçda yox idilər. İsmayıl Parisdəki məşqimizdə zədə almışdı. Ceyhunun xəstəliyi var. Renat Dadaşov da tam hazır olmadığı üçün heyətdən kənarda qalacaq".

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm