“Kayrat”ın 19 yaşlı futbolçusu oyun zamanı öldü - FOTO
Bizi izləyin

İdman

“Kayrat”ın 19 yaşlı futbolçusu oyun zamanı öldü - FOTO

“Kayrat”ın 19 yaşlı gənc futbolçusu Dias Toleu Qazaxıstan Birinci Liqasının 25-ci turu çərçivəsində keçirilən “Xan-Tenqri” – “Ekibastuz” matçında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, futbolçu 65-ci dəqiqədə qəflətən yerə yıxılıb. Onu xərəkdə meydançadan çıxarıblar. Oktyabrın 16-da axşam saatlarında Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti onun vəfat etdiyini açıqlayıb.

Dias Toleu 4 may 2006-cı ildə Almatıda anadan olub və “Kayrat” Akademiyasının yetirməsidir. O, 2024-cü ilin aprelində “Xan-Tengri”yə keçib. Qazaxıstan Birinci Liqasının hazırkı mövsümündə gənc cinah yarımmüdafiəçisi 18 matçda meydana çıxıb.

Futbolçu “Kayrat”ın gənclər komandasının heyətində 15 oyun keçirib, üç qol vurub, iki məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm