İdman
Kurban Berdiyev: “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Azersun Arena”da “Qarabağ”a 1:2 hesabı ilə uduzub.
Publika.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.
– Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsünüz?
– Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.
– İki hissə arasında hansı fərq var idi?
– Əvəzetmələr “Qarabağ”ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma “Qarabağ”ın haqqını vermək lazımdır. Yaxşı oynadılar.
– Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?
– Xeyr, belə planlaşdırmışdıq.
-
ABŞ02:00
Pentaqon rəhbərinin Zelenski ilə görüş üçün seçdiyi qalstuk olay oldu
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Avropa17 Oktyabr 23:59
Şahzadə bütün titullarından imtina etdi
-
MDB17 Oktyabr 22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Nida Xəbər 17 Oktyabr 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region17 Oktyabr 20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat17 Oktyabr 20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək