Yamaldan azarkeşləri üzəcək qərar: Pul verməsəniz, bunu etməyəcək
Bizi izləyin

İdman

Yamaldan azarkeşləri üzəcək qərar: Pul verməsəniz, bunu etməyəcək

"Barselona" klubunun ulduz futbolçusu Lamin Yamal artıq azarkeşlərə pulsuz avtoqraf verməyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, 18 yaşlı futbolçu yaxın vaxtlarda onun imzası ilə məhsulların satışını həyata keçirəcək bir şirkətlə reklam müqaviləsi imzalayacaq. Müqavilə şərtlərinə əsasən, Yamal fanatlara pulsuz avtoqraf verməməlidir ki, şirkətin məhsullarının kommersiya dəyəri aşağı düşməsin.

Gənc yaşına baxmayaraq, Lamin Yamal artıq İspaniya millisinin heyətində Avropa çempionu və "Barselona" ilə La Liqa qalibidir. Onun transfer dəyəri 200 milyon avro məbləğində qiymətləndirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm