Nida Xəbər
Prezident ailəsi Vatikan bağlarında ağacəkmə mərasimində - Foto

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Publika.az xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xəttlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.




-
ABŞ02:00
Pentaqon rəhbərinin Zelenski ilə görüş üçün seçdiyi qalstuk olay oldu
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Avropa17 Oktyabr 23:59
Şahzadə bütün titullarından imtina etdi
-
MDB17 Oktyabr 22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Nida Xəbər 17 Oktyabr 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region17 Oktyabr 20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat17 Oktyabr 20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək