“Yunayted” Keynin “Tottenhem”ə qayıtmasına mane ola bilər
Bizi izləyin

İdman

“Yunayted” Keynin “Tottenhem”ə qayıtmasına mane ola bilər

“Tottenhem” 2023-cü ilin yayında “Bayern”ə keçən hücumçu Harri Keyni geri qaytarmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubunun sahibləri 32 yaşlı forvardla müqavilə bağlamaq üçün hər şeyə hazırdır, o cümlədən onun satınalma müddəasını ödəməyə və layiqli maaş verməyə.

Bununla belə, hücumçuya göz dikən “Mançester Yunayted” də ingilis futbolçu ilə maraqlanır. Vurğulanıb ki, mankunianlıların Keyni təmin etmək şansları böyük ölçüdə onların titul uğrunda mübarizə aparmaq bacarığını nümayiş etdirib-etidməməsindən asılı olacaq.

Bu mövsüm Keyn bütün turnirlərdə 15 matçda meydana çıxıb, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm