ABŞ
Bu ölkədəki ABŞ səfirliyinə oxlarla hücum etdilər - 4 polis yaralandı
Kolumbiyanın paytaxtı Boqotada özlərini "Congreso de los Pueblos" (Xalq Konqresi) adlandıran etiraz qrupu ABŞ səfirliyinə hücum edib.
Publika.az xəbər verir ki, cümə günü səfirlik qarşısında ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı mitinq keçirən nümayişçilər dörd polis əməkdaşını yaralayıb.
Onlar yanğın törədən cihazlardan, partlayıcı maddələrdən və oxlardan istifadə ediblər. Nəticədə polis əməkdaşları üz, ayaq və qol nahiyələrindən xəsarət alıb.
Şəhər meri Karlos Fernando Qalan səfirliyə hücum edən şəxslərin kapüşonlu olduğunu bildirib.
Ölkə prezidenti Qustavo Petro Amerika diplomatik missiyasına maksimum mühafizənin təmin edilməsi üçün göstəriş verib. Səfirliyin mühafizə olunduğu və Kolumbiyanın beynəlxalq müqavilələrə əməl etdiyi vurğulanıb.
Ləman
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız



























.png)

.jpg)





