Sosial
Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək
Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə Publika.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.
Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə AQTA bir sıra zəruri tədbirlər görür. Baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.
"Heyvan bazarlarının sahibləri bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görəcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq", - məlumatda qeyd olunub.
Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı oktyabrın 25-dən etibarən məhdudlaşdırılır.
-
Nida Xəbər 18:40Azərbaycanın Bəhreyndə səfirliyi təsis olundu
-
Sosial17:03Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək
-
MDB16:34Rusiya Yer ilə Göy arasında qalıb: Putin Macarıstana necə uçsun ki, sağ qalsın?
-
Dünya16:04İsrail raketləri Egey adalarında - Türkiyə hansı addımı atacaq?
-
Sosial15:20Azərbaycanda pensiya yaşı artırılır? - Nazirlikdən açıqlama
-
Avropa14:00Rusiya 3 dağıstanlını Fransaya göndəribmiş: Onu öldürmək üçün - Saxlanıldılar
-
İqtisadi gündəm12:50Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI
-
Hadisə11:45Generalın anası vəfat etdi











.png)























.png)



