MDB
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
Rusiyanın məşhur hərbi ekspertlərindən olan aviasiya general-mayoru Vladimir Popov prezident Vladimir Putinin səmada necə qorunması barədə maraqlı fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, o, "Mk.ru" saytına müsahibəsində Vladimir Putinin Macarıstana uçuşu zamanı təxminən dörd qırıcı təyyarə ilə qorunacağını deyib.
General qeyd edib ki, yüksək vəzifəli şəxslərin, xüsusən də ölkənin bir nömrəli məmurunun uçuşları xüsusi prosedurlar əsasında həyata keçirilir. Rusiyada bununla bağlı məsələlər Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasia) ilə birlikdə Xarici İşlər Nazirliyinin xüsusi xidməti tərəfindən həyata keçirilir.
Ekspertin fikrincə, Rusiya liderinin təyyarəsini müşayiət etmək üçün Su-30SM və ya Su-35 qırıcılarından istifadə oluna bilər. Digər ölkələr, o cümlədən ev sahibi ölkə də öz döyüş təyyarələrini prosesə cəlb edə bilər. Popov onu da vurğulayıb ki, bu cür qərarlar könüllü qəbul edilir və qarşı tərəfə hörmət əlaməti kimi baxılır.
General onu da əlavə edib ki, Putinin təyyarəsinin öz hava məkanına daxil olmasına icazə verən dövlətlər də uçuşun təhlükəsizliyini öz üzərinə götürməsi məsələsində könüllü davranacaqlar. Bu məqsədlə yerli hakimiyyət orqanları beynəlxalq uçuşlarla bağlı hava yollarını 10 dəqiqə müddətinə bağlaya bilər. Həmçinin, maraqlıdır ki, Rusiya nümayəndə heyətinin yoluna çıxa biləcək təyyarələr ya yerə endirilir, ya da onların marşrutları 50-100 km dəyişdirilir.
Tural
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır













.jpg)
.jpg)

















