MDB
Rusiya Yer ilə Göy arasında qalıb: Putin Macarıstana necə uçsun ki, sağ qalsın?
Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla görüşmək üçün Macarıstana səfəri ciddi risklər və mümkün fəsadlarla müşayiət oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Aleksandr Kots məlumat verib.
Onun sözlərinə görə, əgər Putin Ukrayna üzərindən uçarsa, Rusiya liderinin təyyarəsinə birbaşa zərbə endirilməsi riski mövcuddur. Baltikyanı ölkələr və Almaniya üzərindən keçid zamanı isə bu ərazilərdə əvvəllər müşahidə olunan naməlum pilotsuz uçuş aparatlarının hücum ehtimalı var.
Kots təhlükəsiz marşrut kimi Qafqaz, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiya üzərindən keçidi daha optimal hesab edib. O, bu səfəri “kəşfiyyat xidmətləri üçün bütövlükdə çətin vəzifə” adlandırıb və Böyük Britaniyanın “fitnə-fəsad törətmək üçün cəhd göstərə biləcəyi” ehtimalını da istisna etməyib.
Adəm
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır













.jpg)
.jpg)

















