İdman
“Atletiko” da amerikalılara satılır: Bu qiymətə
“Atletiko” klubu yaxın aylarda yeni bir mərhələyə qədəm qoyacaq.
Publika.az xəbər verir ki, Madrid klubunun hazırkı baş direktoru və əsas səhmdarı Migel Anxel Xil Marin ABŞ-ın “Apollo” investisiya fondu ilə razılıq əldə edib.
Razılaşmaya əsasən, fond kapital artımı yolu ilə “Atletiko”nun əsas sahibi olacaq və 2026-cı ilin yanvarından klubun nəzarət paketi amerikalı investorların əlində cəmlənəcək.
Tərəflər artıq satışın maliyyə şərtlərini razılaşdırıblar. Müqavilənin dəyəri 2 milyard avrodan çoxdur. Son günlərdə “Apollo” rəhbərləri Madriddə olublar və iki həftə ərzində yekun müqavilənin imzalanması planlaşdırılır.
Məlumata görə, “Apollo” klubun nəzarət paketini 2025-ci ilin sonunadək əldə edəcək. Bunun üçün digər səhmdarların paylarını tam satmaları tələb olunmur. Bununla belə, Migel Anxel Xil Marin və klub prezidenti Enrike Sereso paylarını qismən azaltsalar da, “Atletiko”nun səhmdarları olaraq qalacaqlar.
Heybət
-
Nida Xəbər 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR


































