İdman
Xabi Alonso türkiyəli ulduzu istəyir: 100 milyonluq plan necə reallaşacaq?
Xabi Alonso “Yuventus”un gənc ulduzu Kenan Yıldızı komandasında görmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə məşhur agent Covanni Brankini AS nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, ispan mütəxəssis 20 yaşlı futbolçuya o qədər heyrandır ki, bu transferin baş tutması üçün Kilyan Mbappe istisna olmaqla, istənilən oyunçudan imtina etməyə hazırdır:
”Xabi Alonso Yıldızı “Real”da görmək istəyir. Hazırda “Yuventus” onun üçün 100 milyon avro tələb edir”.
Kənanla “Bayern”də birlikdə çalışdığı dövrdən tanış olan Alonso Çempionlar Liqasındakı qarşılaşmadan əvvəl türkiyəli oyunçuya marağını açıq şəkildə etiraf edib. “Yuventus”un çox yaxşı futbolçuları var və Yıldız onlardan biridir. O, fantastik şəkildə inkişaf edir. Mən onu yaxşı tanıyıram”, - deyə ispaniyalı məşqçi bildirib.
Türkiyəli istedad da “Real”da oynamaq arzusunu gizlətməyib. O, “Santyaqo Bernabeu” stadionunu “dünyanın ən gözəl arenalarından biri” adlandıraraq orada oynamağı gerçək olmuş bir arzu kimi təsvir edib.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm 10 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifidir.
Heybət
-
Hadisə20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
























.webp)










