Yük maşını yol kənarındakı restorana girdi
Bizi izləyin

Hadisə

Yük maşını yol kənarındakı restorana girdi

Ağdamda yük maşını idarəetmədən çıxaraq yol kənarındakı restoranın içərisinə aşıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hadisə “BMW” markalı minik maşını ilə “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra yük maşını idarəetməni itirərək restoran ərazisinə daxil olub və aşıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm