Sabiq futbolçularına təcrübə keçməkdən imtina etdilər
Bizi izləyin

İdman

Sabiq futbolçularına təcrübə keçməkdən imtina etdilər

“Bavariya” klubu sabiq futbolçusu Jerom Boatenglə əməkdaşlıq barədə yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Boatengin karyerasını bitirdikdən sonra “Bavariya”da təcrübə keçmək niyyətində olduğu bildirilib.

“İnkişaf etdirici müzakirədən sonra qərara gəldik ki, Jerom klubumuzda təcrübə keçməyəcək. O, “Bavariya” ilə bağlılıq hiss edir və komandanın onun ətrafında yaranan mübahisəli vəziyyətə görə zərər görməsini istəmir”, – deyə klubun bəyanatında bildirilir.

Xatırladaq ki, ötən il Boateng keçmiş partnyoruna qəsdən bədən xəsarəti yetirməkdə təqsirli bilinmişdi. Onu həmçinin digər keçmiş sevgilisini intihara sürükləməkdə ittiham edirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm