MDB
Peskov: Ukrayna böhranını bir gecədə həll etmək mümkün deyil
Donald Trampın səmimi olaraq bütün qlobal münaqişələri həll etmək istəyi müsbət hisslər doğurur, lakin Ukraynadakı böhranı bir gecədə həll etmək mümkün deyil.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişinin müəllifi və həmaparıcısı Pavel Zarubinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bütün kəskin böhranları həll etmək istəyinə baxmayaraq, dərin köklü səbəbləri olan Ukrayna münaqişəsi tez bir zamanda həll etmək üçün həddindən artıq mürəkkəbdir.
ABŞ-ın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq edilən sanksiyaları şərh edərək, Peskov onları Rusiyaya qarşı qeyri-dost addım adlandırıb.
O vurğulayıb ki, Moskva ABŞ da daxil olmaqla bütün ölkələrlə mehriban münasibətlər qurmağa çalışır, lakin yeni sanksiyalar ikitərəfli əlaqələrin bərpası perspektivlərinə xələl gətirir. “Bu o demək deyil ki, biz bu səylərimizdən imtina etməliyik. Biz özümüz üçün faydalı olanı etməliyik”, - deyə Peskov əlavə edib.
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI




































