Mbappe Ronaldinyo ilə Ronaldonun nailiyyətini təkrarladı
Bizi izləyin

İdman

Mbappe Ronaldinyo ilə Ronaldonun nailiyyətini təkrarladı

Kilian Mbappe “el klasiko”larda Kriştiano Ronaldo və Ronaldinyonun uğurunu təkrarlayıb.

Publika.az xəbər verir ki, “Real”ın forvardı “Barselona” ilə La Liqa matçında 22-ci dəqiqədə hesabı açıb. Bu, onun beş “klasiko”da vurduğu altıncı qoludur.

Mbappe ardıcıl dörd matçda “Barsa”nı məyus edib.

Fransız 21-ci əsrdə ardıcıl dörd “lasiko”da qol vuran üçüncü oyunçu olub. Əvvəllər bu uğura Ronaldinyo (2004-2006-cı illər arasında “Real”a qarşı ardıcıl dörd oyunda beş qol) və Kriştiano Ronaldo (2012-ci ildə “Barsa” ilə ardıcıl altı matçda yeddi qol) nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm