Səhiyyə
İnsan orqanizmi bu yaşdan sonra QOCALMAĞA BAŞLAYIR
İnsan orqanizmində qocalma prosesi hüceyrə səviyyəsində 25 yaşdan başlayır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Seçenov Universitetinin Sklifosovski adına klinik farmakologiya və daxili xəstəliklər propedevtikası kafedrasının dosenti Svetlana Rıkova "RIA Novosti" agentliyinə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məhz bu yaşdan etibarən ürək-damar sistemi, şəkərli diabet və piylənmə kimi xroniki qeyri-infeksion xəstəliklərin təməli qoyulur. Bu xəstəliklər adətən 40 yaşdan sonra özünü büruzə verir.
Rıkova əlavə edib ki, xəstəliklərin inkişafı həm xarici amillərdən, həm də insanın həyat tərzindən asılıdır. O, həyat keyfiyyətinə təsir edən əsas amillər kimi fiziki aktivlik, iş və istirahət balansı, düzgün qidalanma və yuxu gigiyenasını qeyd edib.
Almaniyalı tədqiqatçılar isə oktyabrın 12-də bildirmişdilər ki, insan orqanizmində cinsi yetkinlik dövrünə qədər hüceyrələrin yaşaması üçün vacib olan ribosom DNT-si aktiv şəkildə işləyir. Lakin yetkinlik dövründə bu funksiyanın effektivliyi azalır və bu da qocalma prosesini molekulyar səviyyədə işə salır.
Hüseyn İbadlı
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı











.jpg)
.png)


.jpg)





.jpg)












