Qəzada adam öldürən futbolçunu hansı cəza gözləyir?
Bizi izləyin

İdman

Qəzada adam öldürən futbolçunu hansı cəza gözləyir?

“İnter”in qapıçısı Xosep Martines əlil arabasında olan yaşlı kişini vuraraq ölümünə səbəb olduğu üçün 7 ilədək həbs cəzası ala bilər.

Publika.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Komo prokurorluğu ehtiyatsızlıqdan adam öldürmə faktı üzrə araşdırmaya başlayıb və faciənin detalları dəqiqləşdirilir. Versiyalardan birinə əsasən, 81 yaşlı kişi səhhətinin qəfil pisləşməsi səbəbindən arabasının istiqamətini dəyişib və yola çıxıb, bu da qəzanın baş verməsinə gətirib çıxarıb.

İtaliya Cinayət Məcəlləsinə görə, ispaniyalı qapıçıya 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hadisə oktyabrın 28-i səhər baş verib. Avtomobilin vurduğu yaşlı kişi futbolçu və tibbi personalın göstərdiyi ilk yardıma baxmayaraq, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Martines 2024-cü ilin yayından “İnter”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 12 oyuna çıxıb, onların 7-də qapısını toxunulmaz saxlayıb. 27 yaşlı qapıçının klubla müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm