İdman
Əfsanə 54 yaşında karyerasını bərpa etdi
Əfsanəvi finlandiyalı futbolçu Yari Litmanen 54 yaşında oyunçu karyerasını bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə “Iltalehti” nəşri məlumat yayıb.
O, artıq Estoniyanın “Kalev” (Tallinn) klubunun ehtiyat komandası “Kalev Junior”un heyətində iki oyuna çıxıb. Litmanenin futbolçu karyerasına qayıtmasının səbəbi oğulları ilə birgə oynamaq arzusu olub: 19 yaşlı Karo və 18 yaşlı Bruno Litmanen də həmin komandanın heyətində meydana çıxıblar.
“Bu, unikal bir təcrübədir. Oğullarım ilə rəsmi oyunda oynamaq. Bu, yəqin ki, futbolçu kimi son arzum idi. Bunu mümkün edən hər kəsə təşəkkür edirəm”, – deyə Litmanen bildirib.
Yari Litmanen Finlandiya futbol tarixinin ən görkəmli oyunçusu sayılır. O, “Ayaks”, “Barselona” və “Liverpul”dakı çıxışları ilə tanınır. 1995-ci ildə “Ayaks”la Çempionlar Liqasının qalibi olub və həmin il “Qızıl top” səsverməsində ilk üçlükdə yer alıb.
-
ABŞ07:55ABŞ və Çin liderləri görüşdü: Biz artıq bir çox məsələlərdə razılığa gəlmişik
-
Sosial07:35Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: bədxərcliyiniz sizi çətin duruma sala bilər
-
ABŞ29 Oktyabr 22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal29 Oktyabr 21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 29 Oktyabr 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya29 Oktyabr 20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin129 Oktyabr 19:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
















.jpg)


.jpg)

.jpg)










.jpg)



