Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb
Bizi izləyin

Hadisə

Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb

Astarada toy günü vəfat edən gənc gəlinlə bağlı yeni təfərrüat məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanova iki ilə yaxın nişanlı olub.

Onun hamilə olduğu bilindikdən sonra ailə üzvləri toyun tezləşdirilməsi qərarına gəliblər.

Toy günü Əfsanənin halı qəfil pisləşib və o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub. Qısa müddət sonra isə gənc ana da dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm