ABŞ
Trampın nəvəsi bu turnirə dəvət aldı - FOTO
ABŞ-ın prezidenti Donald Trampın nəvəsi Key Tramp Floridada keçiriləcək qadınlar arasında LPGA (Ladies Professional Golf Association) turnirində iştirak etmək üçün xüsusi dəvət alıb.
Publika.az xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat yayıb.
18 yaşlı idmançı sponsorun icazəsi ilə 13–16 noyabr tarixlərində Floridanın Belleyr şəhərindəki “Pelican Golf Club”da keçiriləcək və 3,25 milyon dollarlıq mükafat fondu olan “The Annika” turnirində çıxış edəcək.
“LPGA turunda dünyanın ən güclü oyunçularına qarşı oynamaq mənim arzum idi. Bu tədbir inanılmaz bir təcrübə olacaq. Qolfda bir çox kumirim və mentorlarımla qarşılaşmağı səbirsizliklə gözləyirəm,” – deyə Key Tramp bildirib.
O, Donald Trampın oğlu Donald Tramp Cunyordanın qızıdır və 2026-cı ildən Mayami Universitetinin qolf komandasında çıxış etməyə razılıq verib.
Turnirdə qadın qolfunun ulduzları – mövcud “The Annika” çempionu Nelli Korda, həmçinin Çarli Hall, Leksi Tompson və Liliya Vu da iştirak edəcəklər.
LPGA-dan verilən açıqlamada bildirilib: “Key Trampın geniş auditoriyası və sosial mediada təsir gücü qolfu yeni nəsil, xüsusilə gənc azarkeşlər arasında daha da populyarlaşdırmağa kömək edir”.
Kay Trampın sosial şəbəkələrdə 6 milyondan çox izləyicisi var. Donald Tramp bir müddət əvvəl onunla birgə qolf oynadığı videonu paylaşmışdı.
-
ABŞ07:55ABŞ və Çin liderləri görüşdü: Biz artıq bir çox məsələlərdə razılığa gəlmişik
-
Sosial07:35Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: bədxərcliyiniz sizi çətin duruma sala bilər
-
ABŞ29 Oktyabr 22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal29 Oktyabr 21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 29 Oktyabr 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya29 Oktyabr 20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin129 Oktyabr 19:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
















.jpg)


.jpg)

.jpg)










.jpg)



