İdman
“Real”ın Vinisiusla bağlı planı bəlli oldu
“Real” klubu hücumçu Vinisiusla baş məşqçi Xabi Alonso arasına münasibətlərin gərgin olmasına baxmayaraq, onunla müqaviləni uzatmaqda israrlıdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Madrid təmsilçisi planlarını dəyişməyi düşünmür və Vinisius Juniorla sözləşməni yeniləmək niyyətindədir. Klub vəziyyətin mürəkkəb olduğunu, futbolçu ilə baş məşqçi arasında əlaqələrin hazırda yaxşı olmadığını dərk etsə də, bu məsələdə optimist yanaşmanı qoruyur.
Bundan əvvəl məlumat verilmişdi ki, Vinisius “Real”dan ayrılmaq variantını nəzərdən keçirir və agentindən ona yeni klub tapmağı xahiş edib.
Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənən Vinisius Xabi Alonsonun qərarına narazılığını bildirib, onun əlini sıxmayıb və meydanı tərk edərək paltardəyişmə otağına yollanıb. Bir qədər sonra o, ehtiyat skamyasına qayıdaraq oyunun son hissəsini komanda yoldaşları ilə birlikdə izləyib.
Heybət
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı
-
Sosial17:13Əli Əsədov iki qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı
-
Rəsmi xronika15:15Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
Sosial14:38Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
-
Sosial14:11Gültəkin Hacıbəyli ölkədən qaçıb































.jpg)




