"Qarabağ"ın "Çelsi" ilə oyunu onlara tapşırıldı
Bizi izləyin

İdman

"Qarabağ"ın "Çelsi" ilə oyunu onlara tapşırıldı

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda "Çelsi"ni qəbul edəcək.

Publika.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak, yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması noyabrın 5-də saat 15:00-da "Azersun Arena"da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm