İdman
Bir məğlubiyyətlə yeri zəiflədi: Qovulacaq?
                                    
                                    
                                    
                                “Atalanta”nın baş məşqçisi İvan Yuriç istefa təhlükəsi ilə üz-üzədir.
Publika.az xəbər verir ki, bu barədə “Sport Mediaset” məlumat yayıb.
Komanda yeni mövsümə uğursuz start verib. A Seriyasının ilk 9 turunda 7 dəfə heç-heçə edib və 1 noyabrda “Udineze”yə 0:1 hesabı ilə uduzaraq ilk məğlubiyyətini alıb. Çempionlar Liqasında isə “Atalanta” 3 turdan sonra cəmi 4 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Məğlubiyyətdən sonra Yuriçin durumu çox gərgindir. Klub rəhbərliyi onun yerinə iki namizədi nəzərdən keçirir — Tyaqo Motta və Raffaele Palladino. Qeyd olunur ki, Mottanın hələ də “Yuventus”la müqaviləsi var. Baxmayaraq ki, o, bu ilin martında istefaya göndərilib.
Yuriç “Atalanta”ya bu ilin iyununda baş məşqçi təyin oluub. O, ötən mövsüm iki dəfə “Roma” və “Sauthempton”dan qovulub.
- 
                    
MDB10:40Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi: Azərbaycanda gizlənir?
 - 
                    
İdman10:28Bu rəqib o rəqiblərdən deyil: Dünya çempionu ilə oyunda "Qarabağ"ı nə gözləyir?
 - 
                    
Maraq dünyası09:58Varlanacaq 3 bürc - Bolluq olacaq
 - 
                    
Region09:13Pəhləvi, Qəddafi, Səddam və Zelenski: Görün Tehranın mərkəzində nə peyda oldu
 - 
                    
MDB07:15"Qiyamət Radiosu"ndan yeni mesaj
 - 
                    
Region02:19Türkiyədə yenə zəlzələ oldu
 - 
                    
Qoroskop00:55Günün ulduz falı: Tələsmədən düşünün və plan qurun!
 - 
                    
Dünya00:15Kolumbiyada dəhşətli partlayış: 30-a yaxın binaya zərər dəydi, ölənlər var
 






        
    


















.jpg)











