Dünya
18 ədəd F-16 qırıcısı aldılar - Cəmi 1 avroya...
Buxarestdə Rumıniyanın Hollandiyadan 18 ədəd F-16 təyyarəsi alması ilə bağlı hökumətlərarası müqavilə imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Feteştidəki F-16 qırıcı pilotlarının təlim mərkəzində yerləşən təyyarələr simvolik olaraq 1 avro qiymətinə Rumıniya dövlətinə təhvil veriləcək.
Müqavilənin bir hissəsi olaraq, Buxarest təyyarənin elan edilmiş dəyəri əsasında hesablanmış 21 milyon avro dəyərində əlavə dəyər vergisi ödəyəcək. Ölkə, həmçinin 100 milyon avro dəyərində logistika dəstəyi paketi üçün də pul ödəyəcək.
Təyyarələr yalnız təlim məqsədilə istifadə ediləcək və Rumıniya NATO və tərəfdaş ölkələrdən olan pilotlar üçün müəyyən sayda təlim yeri təmin etməlidir.
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü



































