İdman
"Qarabağ" - "Çelsi" oyununda qalmaqal: Nə baş verib? - AÇIQLAMA
UEFA Gənclər Liqasının “Qarabağ” - “Çelsi” oyununda xoşagəlməz hadisələr yaşanıb.
Publika.az xəbər verir ki, İngiltərə klubunun 5:0 hesabı ilə qalib gəldiyi matçın 57-ci dəqiqəsində qonaqların hücumçusu Sol Qordonun hərəkəti insidentə səbəb olub. Bu barədə BBC məlumat yayıb.
Belə ki, 17 yaşlı forvard qol vurduqdan sonra “Qarabağ” azarkeşlərinin toplandığı tribunalara tərəfə qaçaraq jestlər edib. Buna qəzəblənən yerli fanatların bəziləri müxtəlif jestlərlə ona qarşılıq veriblər. Hətta buna görə görüş bir neçə dəqiqə dayandırılıb.
Hadisə ilə bağlı paylaşım edən “Çelsi” klubu azarkeşləri irqçilikdə günahlandırıb və məsələnin UEFA-nın intizam prosedurlarına uyğun şəkildə ciddi araşdırılmasını tələb edib. “Qarabağ” tərəfi isə baş verənlərə məyusluğunu ifadə edib, bunun klubun dəyərlərinə uyğun olmadığını bildirib.
Məsələ ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Publika.az-a açıqlama verib.
"Hadisədən xəbərdarıq. Hazırda məsələ ilə bağlı araşdırma aparılır", - deyə klub rəsmisi bildirib.
Heybət
-
Magazin222:26Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
-
İdman21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR


























.jpg)








