İdman
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
UEFA-nın mətbuat xidməti “Qarabağ”ın futbolçusu Abdullah Zubir barədə reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, çəkilişlər Bakıda aparılıb. Süjetdə Zubirin müsahibəsi yer alıb. Fransalı futbolçu Ağdam klubundakı karyerasından, Azərbaycandakı həyatından və uşaqlıq arzusu olan Çempionlar Liqasında oynamasından danışıb:
“Futbol sizə mədəniyyətləri və ölkələri kəşf etməyə kömək edir. İlk dəfə bura gələndə ölkəyə, şəhərə və mədəniyyətə valeh oldum. İnsanlar çox mehriban və qonaqpərvərdilər. Bakı mənə Parisin canlılığını xatırladır. Burada həyat üçün lazım olan hər şey var. Beynəlxalq məktəblər, müxtəlif mətbəxlərə məxsus restoranlar...
Bakıda hər şey yaşamışam. Burada evlənmişəm və ata olmuşam. Övladlarım yerli məktəbdə oxuyurlar. Onlar özlərini rahat hiss edirlər.
“Qarabağ”a gələndə UEFA Çempionlar Liqasında çıxış etmək istəyirdim. Uşaq vaxtı bu, mənim üçün arzu idi, əlçatmaz arzu. Bu gün isə inanılmaz bir şey yaşayıram.
İndi hədəfimiz mərhələ adlamaq olacaq. Bu, təkcə mənim yox, bütün klubun ortaq fikridir. Ölkənin 90%-i “Qarabağ”ı dəstəkləyir. Çünki biz Azərbaycanı beynəlxalq arenada təmsil edirik. Və bu, böyük coşqu yaradır. “Qarabağ”da çıxış etdiyim üçün qürur duyuram”.
Baş məşqçi Qurban Qurbanovun və qardaşı Muad Zubirin onunla bağlı fikirləri də təqdim olunub. Eyni zamanda, “Çelsi” ilə matçın (2:2) pərdəarxası nümayiş olunub.
Reportaj UEFA Çempionlar Liqasının telejurnalında yayımlanıb. Bu jurnal turnirin oyunlarından əvvəl və sonra bütün yayımçı kanallarda nümayiş olunur.
Heybət
-
Magazin119:24Samirə Milan küçələrində pozalar verdi - FOTO
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər
-
İdman14:53Arda ilə Haalandın bu görüntüsü gündəm oldu: Artıq dostdurlar
-
İqtisadi gündəm14:32Bu qurum üçün yeni inzibati bina tikiləcək

































