İdman
Dambrauskası Şahdağda nə heyrətləndirib? - Bunu görəcəyimi... - FOTOLAR
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan beynəlxalq fasilədən istifadə edən litvalı mütəxəssis istirahətə yollanıb. 48 yaşlı məşqçi istirahət üçün başqa bir ölkəyə deyil, Azərbaycanın şimal bölgəsinə yollanıb.
O, həyat yoldaşı ilə birgə Qusar rayonunun ərazisində yerləşən Şahdağa gedib. Dambrauskas Böyük Qafqaz Dağlarının yan silsiləsində gördüklərinə heyran olub. Eyni zamanda Azərbaycanın ucqar nöqtəsində futbol meydançasına və qapılara rast gələn mütəxəssis təəccüblənib və bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Şahdağda nə gözəl gündür! Gəzintidəydim, möhtəşəm mənzərələrdən zövq alırdım. Belə bir yerdə futbol qapıları görəcəyimi heç vaxt düşünməzdim... Onlara çatmaq demək olar ki, mümkün deyil, amma bəli, oradadırlar! Təxminən 2000 metr hündürlükdə. Futbolun nə qədər güclü bir oyun olduğunu və dünyanın hər yerində insanlar üçün nə qədər vacib olduğunu görmək məni daim heyrətləndirir. Bu oyuna xidmət edə bildiyim üçün özümü xoşbəxt hiss edirəm".
Qeyd edək ki, Valdas Dambrauskas bu ilin yayında "Sabah"ın "sükanı arxasına" keçib. Onun klubla 3 illik müqaviləsi var.
Heybət









-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
-
MDB13:27Rusiyanın üç mərhələdən ibarət yeni PLANI: Ukrayna nəzarətə belə götürüləcək
-
Rəsmi xronika13:13Bu icra hakimiyyətinə yeni başçı təyin edildi
-
Rəsmi xronika12:56Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi o oldu
-
Magazin212:48Milyarderin həyat yoldaşı yubiley gecəsinə ÇILPAQ GƏLDİ - FOTOLAR
-
Dünya12:34Təyyarənin qəzaya uğradığı yerdən yeni - VİDEO və FOTOLAR
-
Sosial12:30TV aparıcısına vəzifə verildi















.jpg)












.jpg)





.jpg)

.jpg)
