İdman
Premyer Liqada ara qarışdı: Bu klub maaşla bağlı səsverməni blokladı
İngiltərə Premyer Liqası rəhbərliyinin klubların xərclərinə sərt hədd - “maaş limiti” tətbiq etmək planları təhlükə altına düşüb.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Cümə günü yeni maliyyə qaydaları ilə bağlı keçirilməsi nəzərdə tutulan səsvermə "Arsenal" klubunun müdaxiləsindən sonra ləğv edilib.
London təmsilçisi digər klublara və Premyer Liqa rəhbərliyinə ciddi xəbərdarlıq edib. Klubun mövqeyinə görə, Peşəkar Futbolçular Assosiasiyasının (PFA) razılığı olmadan xərclər limitinin tətbiqi hüquqi baxımdan çox risklidir.
London klubu hesab edir ki, liqa bu addımı atsaydı, PFA dərhal məhkəməyə müraciət edəcəkdi və Premyer Liqanın bu işi udmaq şansı çox aşağı görünür.
"Arsenal"ın mövqeyini "Aston Villa" da dəstəkləyib. Hər iki klub düşünür ki, futbolçularla kollektiv müqavilə olmadan maaş limitlərinin tətbiqi əmək qanunvericiliyinin pozulması deməkdir.
Müzakirəyə çıxarılması nəzərdə tutulan təklif “ankraj sistemi” adlanırdı. Bu sistemə əsasən, ən varlı klubların xərcləri liqada sonuncu yeri tutan komandanın gəlirləri ilə müəyyən bir əmsala uyğun əlaqələndiriləcəkdi. Lakin uzunmüddətli məhkəmə prosesləri və futbolçuların mümkün tətili təhlükəsi üzündən səsvermə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
İndi Premyer Liqa maliyyə feyr-pleyini tənzimləmək üçün yeni yollar axtarmağa məcburdur. Çempionat rəhbərliyi həm top klublar, həm orta səviyyəli komandalar, həm də futbolçuların həmkarlar ittifaqı ilə kompromis tapmağa çalışır.
Heybət
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi





































