MDB
5,1 milyardlıq itki - İrəvanla Moskva arasında açıq qarşıdurma başladı
İrəvanın Avropa İttifaqı ilə daha sıx əlaqələr quracağı barədə açıqlamalarından sonra Rusiya və Ermənistan qarşılıqlı ticarətdə 5,1 milyard dollar itirib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Baş nazirinin müavini Aleksey Overçuka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi 2024-cü ilin sentyabr ayında erməni tərəfdaşlarını bu cür açıqlamaların biznes fəaliyyəti üçün mümkün nəticələri barədə xəbərdar edibmiş.
Overçuk qeyd edib ki, ilkin məlumatlara görə, qarşılıqlı ticarətin həcmi 11,5 milyard dollardan təxminən 6,4 milyard dollara düşüb. O, bu azalmanı rusiyalı sahibkarlar arasında əhval-ruhiyyənin dəyişməsi ilə əlaqələndirib.
Baş nazirin müavini qeyd edib ki, vəziyyətin sonrakı inkişafı hər iki ölkədəki bizneslərin iş şəraitinə təsir göstərə bilər. O bildirib ki, sahibkarların reaksiyaları Ermənistanın xarici iqtisadi siyasətindəki mövcud tendensiyaların davam edib-etməməsindən asılıdır.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
