Hörmüz boğazında 400 gəmi gözləyir...
Bizi izləyin

Dünya

Hörmüz boğazında 400 gəmi gözləyir...

Hörmüz boğazında 400 gəmi gözləyir...

Hörmüz boğazından kənarda və İranın bir sıra adalarının sahil sularında təxminən 400 yük və digər təyinatlı gəmilər lövbər salıb.

Publika.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu gəmilərin hamısı İrandan boğazdan keçmək üçün icazə almağı gözləyirlər.

Xatırladaq ki, İran rəhbərliyi ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın sanksiyası olmadan boğazdan keçmək istəyən bir neçə tankerə hücum edilib. Tehran yalnız bir neçə ölkənin gəmilərinə icazə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm