Trampın bu qərarı aranı qatdı: FİFA DÇ-2026-nı ləğv edəcək?
Bizi izləyin

İdman

Trampın bu qərarı aranı qatdı: FİFA DÇ-2026-nı ləğv edəcək?

KONKAKAF zonasından 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə əldə edən Haiti milli komandası turnirdə dəstəksiz qala bilər.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məıumat yayıb.

ABŞ prezidenti Donald Trampın bu ilin iyununda imzaladığı sərəncama əsasən, Haiti azarkeşləri qarşıdakı mundiala buraxılmaya bilər. Sənəddə ABŞ-nin milli təhlükəsizliyini qorumaq məqsədilə 12 ölkənin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulur və bu siyahıya Haiti də daxildir.

Bu o deməkdir ki, əgər Haiti millisinin bütün oyunları ABŞ ərazisində keçirilərsə, ölkə azarkeşləri stadionda komandanı dəstəkləyə bilməyəcək.

Bununla belə, sərəncamda idmançılar, məşqçilər və idman komandaları üçün istisna mövcuddur. Bu səbəbdən Haiti futbolçuları və heyət üzvləri ölkəyə maneəsiz daxil ola biləcəklər.

Xatırladaq ki, 2017-ci ildə – ABŞ, Meksika və Kanadaya mundialın təşkilatçılıq hüququ verilməzdən bir il əvvəl – FIFA prezidenti Canni İnfantino bəyan etmişdi ki, əgər hansısa ölkənin azarkeşləri turnirin ev sahibi olan ölkəyə buraxılmasa, dünya çempionatı ləğv ediləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm