Hadisə
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi
Laçında xırda xuliqanlıq edən iki nəfər həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir rayon sakinləri – 1974-cü il təvəllüdlü Aydın Babayev və 1982-ci il təvəllüdlü Vüsal Vəliyev (ad-soyad şərti verilib – red.) bu ilin noyabrın 17-də Laçın rayonunun Qorçu kəndi ərazisində yerləşən polis postunda ictimai yerdə nalayiq ifadələr işlədiblər, ictimai qaydanı pozub və polisin qanuni tələblərinə qəsdən tabe olmayıblar.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən A. Babayev bildirib ki, noyabrın 17-də, saat 20:00 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanılıb: “Lakin mən və Aydın sərxoş halda olduğumuz üçün polis əməkdaşları ilə söz mübahisəsi etdik. Bununla bağlı polis əməkdaşları bizə öz iradlarını bildirsələr də, bundan sonra da anlaşılmazlıq yarandı. Biz də əsəbi və sərxoş olduğumuz üçün aqressiv davrandıq”.
Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şübhəli şəxs 8 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, A. Babayev Laçında olan şirkətlərdən birində gözətçi, V. Vəliyev isə birqada başçısı işləyib.
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi















.jpg)





.jpg)
















