İdman
Messi “Barselona” tarixinin ən yaxşısı seçildi: Qayıdacağam
“İnter Mayami”nin hücumçusu Lionel Messi Sport.es idman nəşri tərəfindən 21-ci əsrdə “Barselona”nın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Publika.az xəbər verir ki, nəşrin rəhbəri Joan Vehils 38 yaşlı argentinalı futbolçunun hazırkı klubunun bazasına - Mayamiyə gələrək mükafatı şəxsən Messiyə təqdim edib. Qrafik sıxlığı səbəbindən Leo Madriddə keçirilən rəsmi mərasimə qatıla bilməyib. Təqdimatdan sonra Messiyə “Barselona” azarkeşlərinin ona klub və şəhərdə keçirdiyi illərə görə təşəkkür etdiyi xüsusi video göstərilib.
Messi mükafatla bağlı belə danışıb:
“Doğrusu budur ki, biz birlikdə çox şey yaşadıq - həm yaxşı, həm də çətin anlar. Uzun karyera ərzində hər şeyin həmişə qaydasında getməməsi normaldır, çətinliklər də olur. Amma nə edək, bura mənim evim, mənim yerim, mənim insanlarımdır. Əlbəttə ki, qayıdacağam. Stadionda sıravi azarkeş kimi iştirak edib komandamı, klubumu dəstəkləyəcəyəm.”
Heybət
-
Qoroskop13:00Plansız yaşamayan 5 bürc - Sürprizləri əsla sevmirlər
-
Səhiyyə12:15İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər
-
İdman12:00Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər
-
Nida Xəbər 11:06Mirzoyan Fidana cavab verdi: Ermənistanla Türkiyə arasında münasibətlər Azərbaycanla...
-
İdman10:42Ağ Evə gedən Corcina tənqid edildi: Hələ də belə geyinən xanımlar var - FOTO
-
Nida Xəbər 10:36Baş nazir daha bir qərar imzaladı
-
ABŞ09:42Moskva və Kiyev çətin güzəştlərə getməlidir: ABŞ "məxfi plan"dan danışdı
-
Dünya09:00Yerə yaxınlaşan "3I/ATLAS" təhlükəlidir? - NASA-dan açıqlama








.jpg)

















.png)










