İdman
"Barselona" "Kamp Nou"ya qayıdır, lakin azarkeşlər sevinmir: Biletlər "əl yandırır"
"Barselona" nəhayət evinə qayıdır.
Publika.az xəbər verir ki, Kataloniya klubu 2,5 ildən sonra ilk dəfə "Kamp Nou"da oynayacaq və 13-cü turda "Atletik"ə qarşı matç həmin arenada keçiriləcək.
Stadionun rekonstruksiyası hələ bitməyib, hazırda "Kamp Nou" cəmi 45 min nəfərdən bir qədər çox azarkeş qəbul edə bilir.
Bu xüsusi gündə stadionda yer alamaq "Barselona" azarkeşləri üçün də çətin olacaq. Çünki biletlərin qiymətləri astronomikdir. "Barsa" – "Atletik" matçı üçün ən ucuz bilet 199 avrodur.
"Marca"nın məlumatına görə, klub əvvəlcə prezident lojasındakı ən bahalı yerlərə 1000 avro, oyunçu skamyalarına yaxın sektorlara 750 avro qiymət qoymuşdu. Bir neçə gün ərzində qiymətlər sürətlə artıb. İndi VIP-lojaya düşmək istəyənlər 1750 avro ödəməlidir, futbolçulara yaxın yerlər isə 1250 avroya başa gəlir. Meydana daha yaxın olan ilk sıralar üçün 950 avro tələb olunur.
"Ucuz" adlandırılması çətin olan 200 avroluq biletlər artıq satılıb. Hələlik yalnız yan tribunalar üçün biletlər qalıb, qiymətlər 369 avrodan 689 avroyadək dəyişir. Klub üzvlərinə 20% endirim vəd edilir.
Azarkeşlərin narazılığı gözləniləndir. Klub prezidenti Xuan Laporta qiymət siyasətini belə izah edib: "Stadionun tutumu artdıqca, bilet qiymətləri aşağı düşəcək. Bu günün tarixi olduğunu nəzərə almaq lazımdır, ona görə də qiymətlər adi günlərdən yüksəkdir".
Heybət
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)


























