Fərid Bəşarat Ağ Evdə İslam üçün rəqib seçdi: Başqa variant yoxdur
Bizi izləyin

İdman

Fərid Bəşarat Ağ Evdə İslam üçün rəqib seçdi: Başqa variant yoxdur

Əfqan UFC döyüşçüsü Fərid Bəşarat İslam Mahaçovun perspektivləri ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Başarat sosial şəbəkədə yazıb:

“İslam tarixin ən böyüklərindən biridir. Mən onun yerində olsaydım, Ağ Evdə kəmərimi Kamaru Usmana qarşı müdafiə edərdim və sonra karyeramı bitirərdim.

Mahaçovun daha gənc namizədlərlə mübarizə apararaq nəyisə sübut etmək üçün heç bir əsası yoxdur.

Kamaru hazırda kəmər uğrunda mübarizə aparmağa layiq deyil. Amma İslam elə vəziyyətdədir ki, rəqibini özü seçə bilər. O, Ağ Evdə döyüşmək istəyir və amerikalılar arasında başqa variantı yoxdur”.

İslam daha əvvəl Cek Della Maddalenanı məğlub edərək, orta çəkidə çempion olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm