Reşford “Barselona”nın məşqini buraxdı: Səbəb nədir?
Bizi izləyin

İdman

Reşford “Barselona”nın məşqini buraxdı: Səbəb nədir?

“Barselona”nın vi̇nqeri Markus Reşford cümə axşamı komandanın məşqində görünməyib.

Publika.az xəbər verir ki, “Diario AS”-ın məlumatına görə, 28 yaşlı futbolçu şəxsi səbəblərə görə məşqi buraxıb. Klub ona bunun üçün icazə verib.

Gözlənilir ki, futbolçu artıq cümə günü komanda ilə ümumi məşqlərə qayıdacaq. Şənbə günü “Barsa” La Liqanın 13-cü turunda “Atletik Bilbao”nu “Kamp Nou”da qəbul edəcək.

Reşford hazırda icarə əsasında Barselonada çıxış edir. “Mançester Yunayted”ə məxsus futbolçu bu mövsüm Hans-Diter Flikin komandasında 16 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm