İdman
UEFA İsraili yarışlardan uzaqlaşdıracaq? - Təzyiqlər davam edir
UEFA və Fələstin tərəfdarı aktivistlər İsrailin beynəlxalq turnirlərdən kənarlaşdırılması məsələsini müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə danışıqlarla tanış mənbələr “The Athletic”ə bildiriblər.
Məlumata görə, oktyabrın ortalarında UEFA rəsmiləri aparıcı Fələstin tərəfdarı kampaniyanın təşkilatçıları ilə görüşərək İsrailin beynəlxalq yarışlardan mümkün uzaqlaşdırılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
“Game Over Israel” kampaniyası 17 sentyabrda, BMT-nin Qəzza zolağında İsrailin hərəkətlərini soyqırım kimi qiymətləndirməsindən bir gün sonra Nyu-Yorkda başladılıb.
Məsələ ilə bağlı məlumatlı mənbələrin sözlərinə görə, sentyabrın sonunda bəzi üzv assosiasiyaların təzyiqi fonunda UEFA İsrailin Avropa futbolunda iştirakının davam etdirilməsi ilə bağlı səsvermə keçirməyə yaxın olub. Lakin 29 sentyabrda ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs əldə edildikdən sonra UEFA rəhbərliyi səsvermədən imtina edib.
Atəşkəsdən sonra UEFA ilə “Game Over Israel” nümayəndələri arasında davam edən görüşlərdə mümkün qadağanın tətbiqi mexanizmləri müzakirə olunub.
Hazırda UEFA-nın İcraiyyə Komitəsi vasitəsilə İsrailin üzvlüyünü dayandırması ehtimalı azdır, çünki bu, digər böyük idman təşkilatları ilə mübahisələrə səbəb ola bilər. Bununla belə, UEFA hazırda İrlandiya və İsveçrədə qaldırılmış və beynəlxalq hüquqa əsasən qurumu qadağa tətbiq etməyə məcbur edə biləcək iki məhkəmə iddiasını diqqətlə izləyir.
Məlumata görə, görüşlərdən biri oktyabrın 15-də UEFA-nın İsveçrədəki mənzil-qərargahında keçirilib. Həmin həftə Birmingem polisi təhlükəsizlik səbəbi ilə “Aston Villa” ilə oyuna “Makabi Təl-Əviv” azarkeşlərinin girişini qadağan etmişdi. Həmin vaxt UEFA ictimai açıqlamasında tərəflərin və aidiyyəti qurumların azarkeşlərin səfərinin baş tutması üçün zəruri tədbirləri razılaşdırmasını təşviq etdiyini bildirmişdi.
Lakin məsələ ilə bağlı məlumatlı mənbələrin sözlərinə görə, eyni həftə UEFA rəsmiləri “Game Over Israel” kampaniyasından gələcək qərarverməyə kömək etmək üçün insan haqları üzrə ekspertlərin rəyini toplamağı xahiş edib.
Heybət
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi





































