İdman
Hakim "Real"ın futbolçusunu bu sözünə görə meydandan qovub
"Real"ın müdafiəçisi Álvaro Karerrasın La Liqanın 15-ci turunda "Selta" ilə oyunda (0:2) meydandan qovulmasının səbəbi məlum olub.
Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu 90+2-ci dəqiqədə əvvəlcə sarı, daha sonra isə hakim Alehandro Kintero ilə mübahisəyə görə birbaşa qırmızı vərəqə alıb.
"Tiempo de Juego"nun məlumatına görə, Karerras hakimin ünvanına "sən dəhşətsən" dediyi üçün meydandan kənarlaşdırılıb. Mənbənin bildirdiyinə əsasən, hakimə hörmətsizliyə görə müdafiəçini La Liqada iki oyunluq diskvalifikasiya gözləyir.
Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlində 16 oyundan 36 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Barselona"dan 4 xal geri qalır.
Heybət
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi





































