"Formula 1"-in yeni birinci xanımı: O, ulduz futbolçuya xəyanət edib? - FOTOLAR
Bizi izləyin

İdman

"Formula 1"-in yeni birinci xanımı: O, ulduz futbolçuya xəyanət edib? - FOTOLAR

Lando Norris "Formula-1" üzrə dünya çempionu oldu. O, bunu 7 illik mübarizədən, Britaniya avtoidmanının yeni ümidi, Lyuis Hemiltonun varisi kimi təqdim olunduğu dövrdən sonra bacardı.

Publika.az xəbər verir ki, ona bu yolda ən çox dəstək olan atası Adam Norris idi. O, kartinqdən gənclər seriyalarına qədər yüksələnə qədər oğluna 10 milyonlarla avro yatırım etmişdi.

Eyni zamanda Marqarida Korseyro adlı xanım da daim Landonun yanında oldu. Portuqaliyalı bu gözəl onun sevgilisi idi.

O, Santaren şəhərində 2002-ci ildə anadan olub. Yeni dünya çempionu ondan 3 yaş böyükdür. Korseyro məşhur fotomodeldir. Onun "İnstaqram"da 2,2 milyon izləyicisi var. Orada dünya brendləri üçün çəkilmiş böyük reklam layihələri nümayiş etdirir.

Marqarida həm də aktrisadır. Onun filmografiyasında onlarla serial və 2025-ci ildə çəkilmiş, IMDb-də 6 bal alan “Hotel Amor” adlı tammetrajlı film var.

Cütlük iki ildən artıqdır birlikdədir. İlk dəfə 2023-cü ildə o, Monakoda “Mclaren” sürücüsünə azarkeşlik edərkən görüntülənmişdi. Cari mövsümdə isə Korseyri demək olar ki, hər Qran-pridə onun yanında idi.

İspaniya mərhələsində Norrisin valideynləri ilə birlikdə kameralara tuş gəldilər və efirdə belə təqdim edildi: “Norrisin sevgilisi”. Macarıstan Qran-prisindən sonra isə o, Landonu vacib qələbəsi münasibətilə şəxsən təbrik etmişdi. Aktrisa yarışlara demək olar ki, həmişə “Mclaren” loqolu geyimlərdə gəlir.

Amma hər şey onlar üçün hamar getməyib. 2024-cü ilin sonunda mətbuat cütlüyün ayrılmaq üzrə olduğunu yazırdı və Lando hətta özünün “subay” olduğunu demişdi. İndi görünən odur ki, münasibətlər tam bərpa olunub.

Yeganə qəribə məqam sosial şəbəkələrdə onların bircə dənə də birgə fotosunun olmamasıdır. Media məkanındakı statuslarını nəzərə alsaq, bu, olduqca qeyri-adi görünür.

Maraqlıdır ki, Marqaridanın idmanla əlaqəsi çoxdan başlayıb. O, 2019-cu ildə “Benfika”nın 18 yaşlı futbolçusu Joao Felikslə münasibətə başlamışdı. Feliks qısa müddət sonra “Atletiko”ya klub tarixinin rekord məbləği – 127 milyon avroya keçmişdi.

Portuqaliyanın sarı mətbuatı isə o vaxt aktrisanın futbolçuya xəyanət etdiyini iddia edir, dumanlı öpüş videosu və onun “Benfika”nın prinsipial rəqibi “Sportinq”in formasında stadionda görüntülənməsini sübut kimi təqdim edirdi.

2023-cü ildə Feliks və Korseyro ayrıldı və may ayında Marqarida artıq Norrisin yanında görüntüləndi. Əbu-Dabidə də o, çempionun valideynlərinin yanında Landoya dəstək verirdi.

Və titul qazanılan finişdən sonra kameralar bizə Landonun və göz yaşlarını saxlaya bilməyən Marqaridanın səmimi, duyğulu qucaqlaşmasını göstərdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm