İdman
Konfrans Liqasının bütün pley-offçuları müəyyənləşdi
UEFA Konfrans Liqasında ümumi mərhələnin 6-cı turunun oyunları başa çatıb.
Publika.az xəbər verir ki, bununla növbəti mərhələyə yüksələn 24 komandanın adı məlum olub.
Türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” Xorvatiyanın “Riyeka” klubu ilə heç-heçə edib və turnir cədvəlini 5-ci pillədə tamamlayıb.
“Şaxtyor”la yanaşı, birbaşa 1/8 finala vəsiqə qazanan komandalar Fransa təmsilçisi “Strasburq”, Polşadan “Rakuv”, Yunanıstanın AEK klubu, Çexiyanın “Sparta”sı, İspaniyanın “Rayo Valyekano”su, Almaniyanın “Maynts”ı və Kiprin AEK (Larnaka) komandası olub.
9–24-cü yerləri tutan komandalar pley-off raunduna yüksəlib. Bunlar İsveçrənin “Lozanna”, İngiltərənin “Kristal Pelas”, Polşanın “Lex”, Türkiyənin “Samsunspor”, Sloveniyanın “Selye”, Niderlandın AZ (Alkmaar), İtaliyanın “Fiorentina”, Xorvatiyanın “Riyeka”, Polşanın “Yaqelloniya”, Kiprin “Omoniya”, Ermənistanın “Noa”, Kosovonun “Drita”, Finlandiyanın KuPS, Şimali Makedoniyanın “Şkendiya”, Bosniya və Herseqovinanın “Zrinski” və Çexiyanın “Siqma” klublarıdır.
Pley-off raundunun püşkatma mərasimi gələn ilin yanvarın 16-da keçiriləcək. Bu mərhələnin oyunları isə 19 və 26 fevral tarixlərində baş tutacaq.
Heybət
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi









.jpg)




























